Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2015

Siciliya mafiyası: Nyu Yorku İŞİD-dən biz qoruyacağıq

Nyu York şəhərinin ən məşhur mafiya qruplarından olan Siciliya mənşəli Qambino ailəsi İŞİD təhdidinə qarşı şəhər sakinlərinə gözlənilməz təklif edib.

NBC-yə danışan mafioz ailənin nümayəndəsi Covanni Qambino şəhər sakinlərini Daxili Təhlükəsizlik Təşkilatı və FTB kimi təşkilatlardan daha yaxşı qoruya biləcəklərini deyib.

“Rəsmi təhlükəsizlik qurumları gec hərəkətə keçir və baş verən hadisələri düzgün dəyərləndirə bilmir. Çünki məlumat qaynaqları çox zəifdir. Əgər İŞİD Nyu Yorka hücum planlaşdırırsa, öncə Siciliya mafiyası ilə üz-üzə gələcək. Nyu Yorkda yaşayıb Siciliya mafiyasından qorxmağa gərək yoxdur. Biz dostlarımızı və ailələrimizi radikallardan və terrorçulardan, xüsusilə də İŞİD deyilən zalım və psixopat təşkilatdan qoruyacağıq”, - mafiya üzvü deyib.

Siciliyanın Palermo şəhəri yaxınlığındakı Torretta şəhərində doğulan Qambino İŞİD-in Siciliya mafiyasından qorxduğu üçün İtaliya adasında təşkilatlanmadığını deyib./axar/
409 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP