Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2015

“Məni vəhşicəsinə döydülər ki, saxta sənədlərə qol çəkim”

Mehman Məmmədov: “Qoy hamı bilsin ki, məni günahsız olaraq məhkum etmək istəyirlər...”

Noyabrın 24-də Sumqayıt Şəhər Məhkəməsində İlyas Mahmudovun sədrliyi ilə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakini Mehman İbrahim oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçiriləcək. 

M.Məmmədov ona elan olunmuş ittihamı qəbul etmir, deyir ki, ittiham qondarmadır: “Sahibsiz, kimsəsiz adamam. Bircə kor anam var. Məni tutublar, anamı da mənim kimi ölümə məhkum ediblər. Hazırda ”tubkamera"dayam. Mənə qarşı haqsızlıq edirlər. Vəkilim “paykovoy”dur, heç onun üzünü də görməmişəm. Vəkilin kimliyini belə bilmirəm. Məni vəhşicəsinə döyüblər, ciyərimi zədələyiblər. Döyülmələrdən ciyərim dağılıb, xəstəliyim vərəmə çevrilib".

M.Məmmədov deyir ki, məhkəmənin hazırlıq iclasında ittihamı qəbul etmədiyi, ittihamın saxta olduğu və ona bəraət verilməsi haqda vəsatət verib: “Dedim ki, məni döyüblər, başıma oyun açıblar ki, yazdıqları saxta sənədlərə qol çəkim. Çəkməmişəm. Bunu hakimə və prokurora dedim və vəsatətimi təmin etmələrini xahiş etdim. Dedilər ki, vəsatətini eşitdik. Növbəti prosesdə prokuroru dəyişdilər. Vəsatətimə heç bir münasibət açıqlamadılar. Hakim durub bir kağızdan oxudu ki, mənə dövlət vəkil ayırıb. Durub əl çaldım. Vəkilin üzünü görmədiyimi hakimə dedim. Elə bil eşitmədi. Siz barəmdə yazan gün məni Sumqayıt məhkəməsinə aparmışdılar. Lakin nə oldusa, məhkəmə baş tutmadı. Mənə də heç nə deyən olmadı. Elə məhkəmədəki dustaqxanadan yenidən geri qaytardılar. Mənim işimi ibtidai istintaqa qaytarsınlar, özümə də bəraət versinlər. Ədalətli araşdırma aparsınlar. Hakimdən xahiş edirəm ki, qəzetə dediklərimi yazılı vəsatət kimi qəbul etsin. Qoy hamı bilsin ki, məni günahsız olaraq məhkum etməyə çalışırlar. Cənab prezident, mənə kömək elə. Anamı dayaqsız qoymayın”. 

Qeyd edək ki, M.Məmmədov ötən il noyabrın 11-də yaşadığı qəsəbənin ərazisində maskalılar tərəfindən saxlanılıb və oğurluqda ittiham olunub. İş üzrə zərərçəkən kimi tanınan şəxslər isə onların əmlaklarının  M.Məmmədov tərəfindən oğurlanmadığını bildiriblər.  Hazırda istintaq təcridxanasında olan Mehman Məmmədov əmindir ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi, Ədliyyə Nazirliyinin rəhbər işçiləri və prezident İlham Əliyevin vətəndaşa qarşı bu cür qəddarlıqlardan xəbərsizdirlər./musavat/
453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber