Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2015

İŞİD-çilər xüsusi həblər atırmış

Türkiyədə reallaşan son narkotik əməliyyatında ələ keçirilən 11 milyon narkotik həbin İŞİD terrorçularına məxsus olması aydınlaşıb.

Bu barədə İngiltərənin “İndependent” qəzeti məlumat yayıb. Qəzetin etibarlı qaynaqlardan əldə etdiyi məluata görə, terrorçular bu həbləri enerjilərini qorumaq üçün istifadə edir.

Qəzet bu həblərin Suriyadakı vətəndaş müharibəsində əsas silah olduğunu yazır.

Xatırladaq ki, Türkiyə Daxili İşlər Nazirliyi ötən həftə Hatay vilayətində keçirilən əməliyyat zamanı bazar dəyəri 100 milyon dollar olan 10 milyon 926 min (1 ton 831 kiloqram) narkotik həb ələ keçirildiyini açıqlamışdı. Əməliyyat zamanı biri suriyalı olmaqla üç nəfər saxlanılmışdı.

Suriyada hazırlanan həblərin Türkiyə üzərindən dəniz yolu ilə Körfəz ölkələrinə göndərilməsi planlaşdırılıbmış./axar/
474 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP