Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

ARDNŞ-in sirli Əliyevi haqqında yeni məlumatlar

Dünyanın axtardığı adam əvvəllər ARDNŞ-in Təhlükəsizlik İdarəsinin işçisi olub 

Virtualaz.org saytı Londonda yerləşən  “Global Witness” təşkilatının axtardığı və Azərbaycan neftinin dünya bazarında satışını həyata keçirən Anar Əliyevlə bağlı bəzi yeni məlumatlar əldə edib.  Bu məlumatlarda Anar Əliyevin ARDNŞ prezidenti Rövnəq Abdullayevin dayısı oğlu olduğu təsdiqlənir. Xatırladaq ki, qalmaqallı hesabat açıqlanandan sonra yerli KİV-lərdə Anar Əliyevin R.Abdullayevin dayısı oğlu olduğu barədə xəbərlər yayımışdı.

Saytımıza bu barədə danışan mənbə deyib ki, Anar Əliyev əvvəllər ARDNŞ-in Təhlükəsizlik İdarəsinin Xətai rayon şöbəsində çalışıb. A.Əliyevin atası Nüsrət Əliyev isə Heydər Əliyev adına Neft Emalı Zavodunda emal edilən maye qazın satışı ilə məşğuldur.

Neft Emalı Zavodundakı mənbə virtualaz.org saytına bildirib ki, zavodda emal edilən maye qazın satışı Rövnəq Abdullayevin dayısının nəzarətindədir: “Ölkədəki yanacaqdoldurma məntəqələrinin mavi yanacaqla təmin edilməsi  Nüsrət Əliyevin inhisarına daxildir. Onun  yanacaq daşıyan çoxsaylı şəxsi maşınları da var. Bir müddət əvvəl paytaxtda yanacaq daşıyan maşında partlayış baş vermişdi. ARDNŞ həmin maşının şirkətə məxsus olmadığını açıqladı. Çünki yanan maşın Nüsrət Əliyevin şəxsi əmlakı idi”.

Mənbə dedi ki, R.Abdullayevin digər dayısı Azad Əliyev isə sıxılmış hava (kislorod) zavoduna sahibdir. R.Abdullayevin dayılarının çoxsaylı  şirkətlərin olduğu məlumdur.

Mənbə təhlükəsizlik xidmətində çalışan Anar Əliyevin bu qədər var-dövlətə sahiblənməsinin mümkün olmadığını vurğulayır. Ekspetrlərin fikrincə, şirkətlər Anar Əliyevin adına rəsmiləşdirilsə də əsil sahibləri başqalarıdır. 

1738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<