Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2015

24 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 14-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.
609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber