Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2015

Özünü yandıranın xanımı: “Ərim meyit daşıyır, maşın olmasa acından ölərik...”

Keçən gün “Muğanbank”ın qarşısında borca görə özünü yandıran Malik Hüseynovun həyat yoldaşı Aytən Hüseynova hadisə barədə danışıb. A. Hüseynova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həyat yoldaşı bank vasitəsilə “Hyundai” markalı maşın götürüb:

“Bu vaxta kimi banka 9000 manat ödəmişik. Faizlə birgə 12 min manat borcumuz qalmışdı. Noyabrın 21-də uşaq qabaqda əyləşdiyi üçün polis maşını saxlayıb və cərimə yazıb. Polis müəyyən edib ki, bank maşını axtarışa verib. İki aydır ki, borc ödənilməyib. Maşını cərimə meydançasına aparıblar. Polis banka xəbər verib, bank da maşını aparıb. Məhkəmə qərarı olmadan bank maşını müsadirə edib. Yoldaşım banka müraciət etsə də, maşını qaytarmayıblar. Buna görə də zəng edib dedi ki, bezmişəm və özümü yandıracağam. O, bu maşınla meyit daşıyıb bizə baxırdı, maşın olmasa biz acından ölərik, 3 uşağımız var”.

Xanımının sözlərinə görə, maşın Muğanbankın filial müdiri Süleymanın (Soyadını dəqiqləşdirə bilmədik) adına keçirilib:"Ərim özünü yandırandan sonra bankdan zəng vurub dedilər ki, gəlin maşını aparın".
505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19