Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

İran Günəş enerjisi ilə işləyən soyuducu istehsal edib

İranın Maddələr və Enerji Tədqiqat Mərkəzinin direktoru doktor Əli Əsgər Tofiq ölkəsində Günəş enerjisi ilə işləyən ilk dondurucunun hazırlandığını deyib.

O «Səhər TV»yə deyib ki, cihazın düzəldilməsində istifadə edilən bütün detallar ölkə daxilində istehsal edilib: «Günəş enerjisi ilə işləyən dondurucunun əsas özəlliyi budur ki, ondan elektrik enerjisi olmayan yerlərdə və böhranlı şəraitdə istifadə etmək mümkündür».

Ə.Tofiq dondurucunun istifadə texnologiyasının son dərəcə sadə olduğunu xatırladaraq, deyib ki, onun digər üstün cəhəti hər hansı çarxdan istifadə etməməsidir. Buna görə də onu təmir etmək çox asandır. Ə.Tofiq həmçinin deyib ki, dondurucunun düzəldilməsində foto-voltayik maddəsindən istifadə edilmədiyi üçün, onun dəyəri foto-voltayik maddələrin istifadə edildiyi dondurucularla müqayisədə aşağıdır.

Layihənin icraçısı Müctəba Ejeiyan isə deyib ki, cihaz termodinamika ilə işləyir və digər enerji qaynaqlarına, o cümlədən elektrik enerjisinə ehtiyac duymur. Yəni sırf günəş enerjisindən qaynaqlanır. Tədqiqatçı dondurucunun iş prinsipi barədə də danışıb. Deyibki, cihaz gündüz aldığı enerji ilə 24 saat dayanmadan işləyir.
1623 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber