Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2015

Müsəlman gənc ABŞ hökümətindən 15 milyon dollar kompensasiya tələb edir

ABŞ-ın Texas ştatında evdə bir müddət əvvəl hazırladığı saatı müəllimlərinə göstərmək üçün məktəbə aparan 14 yaşlı Əhməd Məhəmməd bomba gəzdirdiyi şübhəsi ilə saxlanılmasına cavab olaraq 15 milyon dollar məbləğində kompensasiya tələb edir.
"TASS" agentliyi xəbər verir ki, Ə.Məhəmmədin ailə üzvləri və vəkilləri artıq İrvinq şəhərinin meriyasına qarşı məhkəmə iddiası qaldırıblar.
Sentyabrın 14-də baş verən hadisə sosial şəbəkələrdə ciddi etiraza səbəb olmuşdu.
Hərtta prezident Barak Obama da öz twitter hesabından "Qəşəng saatdır. Onu Ağ Evə gətirmək istəyərsən? Biz sənin kimi bir çox uşağı elmə həvəsləndirməliyik. ABŞ-ı qüdrətli edən budur” sözlərini yazaraq uşağı Ağ Evə dəvət etmişdi./report/
466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber