Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2015

Vəkili Leyla Yunusun vəziyyətinin ağır olduğunu bildirir

Leyla Yunus həzm sistemindəki problemlərdən şikayətçidir, bunu ötən həftə hüquq müdafiəçisi ilə görüşən vəkil Elçin Sadıqov bildirib.

Vəkil BBC Azərbaycancaya deyib ki, Leyla Yunus şəkərli diabet və qaraciyər serozu xəstəliklərinə görə vəziyyətinin ağırlaşdığından şikayətlənib.
Vəkilin sözlərinə görə, onlar Leyla Yunusun hazırda saxlandığı Bakı İstintaq təcridxanasının tibb məntəqəsinə köçürülməsini istəsələr də, bununla bağlı bir cavab ala bilməyiblər.
“Oktyabrın 30-da Leyla Yunusla görüşən həkim onun vəziyyətini ağır dəyərləndirdi, hətta ölümlə üz-üzə olduğunu dedi”, vəkil əlavə edir.
Bu ilin avqustunda Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Arif Yunus barəsindəki həbs-qətimkan tədbiri başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz olunub. Buna səbəb Arif Yunusun səhhətində yaranan problemlər olub.
Elçin Sadıqov deyib ki, dekabrın 7-də baş tutacaq növbəti apellyasiya məhkəməsində Leyla Yunusun da azad edilməsi ilə bağlı vəsatətlər veriləcək.
“Məhkəmənin verəcəyi qərarı demək çətindir, amma biz istəyirik ki, Leyla Yunus azadlığa buraxılsın”, vəkil qeyd edib.
Leyla və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında təqsirli bilinirlər.
Beynəlxalq təşkilatlar onların hər ikisinin həbsini siyasi motivli sayır.

530 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
<