Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2015

Azərbaycanda tikinti sektoru çökür və işsizlik artır

Azərbaycanda tikinti sektorunda ölkənin on minlərlə vətəndaşı çalışır. Lakin əvvəlki illərlə müqayisədə hazırda tikinti sektoru tənəzzül dövrünü yaşayır. Bu isə tikinti sektoruna mənfi təsir göstərməklə yanaşı, həm də ölkədə işsizlik səviyyəsini də xeyli artırır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin on ayı ərzində ölkədə 366,9 milyon manatlıq tikinti materialı istehsal olunub. Konkret olaraq, 814,2 min ton hazır beton (mənfi 41,5 faiz), 19,5 min kubmetr beton konstruksiya (mənfi 34,8 faiz), 229,9 min kubmetr kərpic (mənfi 4 faiz) istehsal edilib. Həmçinin 2 milyon 275,5 min ton sement, 160,4 min ton gips, 359,9 min ton asfalt, 10 min 497,8 ton mərmər, travertin, alebastr istehsal olunub.

Göründüyü kimi, əksər tikinti materiallarının istehsalı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Iqtisadçı-ekspert Nemət Əliyev bunu tikinti sektorunda görülən işlərin səviyyəsinin azalması ilə əlaqələndirir. Ekspertin sözlərinə görə, tikinti sektorunda iş azaldıqca tələbat da aşağı düşür və nəticədə materiallara əvvəlki qədər ehtiyac olmur.

“Kərpic və tikinti qumu birbaşa tikinti prosesində işlənən materiallardır. Onlar olmadan, xüsusən də bina və evlərin tikintisini həyata keçirmək müşkül məsələdir. Tikinti materiallarının istehsalının azalması barədə anonslar hələ öncədən verilmişdi. Statistika Komitəsinin 10 aylıq məlumatlarına diqqət yetirsək, tikinti sektoruna olan yatırımların da 42,2 faiz azaldığı görünər. Bir tərəfdən kapital yatırımları, digər tərəfdən də tikintidə lazım olan materialların istehsalı azalıb. Belə bir vəziyyət isə şübhəsiz ki, bu sahədə görülən işləri azaldıb. Işsizliyin olması tənəzzül və böhrandan xəbər verir. Hər halda, hökumət bu sahədə təcili şəkildə real addımlar atmalıdır”, – deyə ekspert qeyd edib.
608 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı