Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2015

Əfqanıstanda terrorçular Moldova helikopterini ələ keçirdilər

Əfqanıstanda məcburi eniş etmiş içərisində 21 nəfərin olduğu Moldova helikopteri terrorçular tərəfindən ələ keçirilib. “TASS”ın verdiyi xəbərə görə, məlumat Moldova DİN rəhbərinin vəzifələrini müvəqqəti icra edən Oleq Balan tərəfindən təsdiqlənib.

İlkin məlumata görə, terrorçular 3 pilotu və 18 sərnişini girov götürüblər.

Məlumata görə, atışma zamanı 3 girov həlak olub, qalanların aqibəti barədə məlumat yoxdur. Moldovanın müdafiə naziri helikopterin sülhməramlı missiya həyata keçirdiyini bildirib.

İnsidentin Fəryab əyalətində terrorçuların nəzarəti altında olan ərazidə baş verib./apa/
550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi