Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2015

Fransada silahlılar bir qrup şəxsi girov götürdü

Fransanın şimalında Belçika sərhədi yaxınlığında Rube şəhərində naməlum silahlı şəxslər bir neçə şəxsi girov götürüblər. “RİA Novosti”-nin verdiyi xəbərə görə, girovlar arasında azyaşlı uşaqların olduğu bildirilir.

RLT radiostansiyasının məlumatına görə, insident yol polisi əməkdaşlarının yoxlamaq məqsədilə cinayətkarları saxladıqdan sonra baş verib.

“Vətəndaşlar girov götürüldükdən sonra əməliyyata başlanılıb. Atışma baş verib, hadisə yeri mühasirəyə alınıb. Bank direktorunun və onun ailəsinin girov götürüldüyü ehtimal olunur”, deyə mənbə bildirib.

BFMTV-in məlumatına görə, söhbət iki soyğunçudan gedir. Şəxslərin girov götürülməsinin terrorçuluqla heç bir əlaqəsi yoxdur./apa/
536 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı