Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2015

Bu, terrorçuların əlaltılarının Rusiyanın kürəyinə vurduğu zərbədir

Rusiya prezidenti Vladimir Putin Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 bombardmançısını vurması ilə bağlı bəyanatla çıxış edib.

Putin Su-24 bombardmançısının Türkiyənin F-16 təyyarəsindən atılan “hava-hava” raketi ilə vurulduğunu təsdiqləyib.

“Rusiyanın Su-24 təyyarəsi Türkiyəni heç cür təhdid etməyib. O, İŞİD terror qruplaşmasına qarşı əməliyyat aparırdı”- deyə Putin qeyd edib.

“Rusiyanın Su-24 təyyarəsinin vurulması terrorla adi mübarizənin hüdudlarını aşan addımdır. Bu, terrorçuların əlaltılarının Rusiyanın kürəyinə vurduğu zərbədir” - deyə Putin əlavə edib.

Putin daha sonra Türkiyənin İŞİD-lə neft alverini yada salıb.

“Rusiya Federasiyası Suriyanın terrorçular tərəfindən zəbt edilmiş ərazilərindən Türkiyəyə neft daşınmasını çoxdan qeydə alıb”- Putin eyhamla bildirib.

Analitiklərə görə, Putin Türkiyənin İŞİD-lə neft alverini təyyarənin vurulması fonunda təsadüfən yada salmayıb. Putin yəqin ki, Su-24 təyyarəsinin vurulmasını cavabsız qoymayacaq.

İordaniya kralı II Abdulla ilə keçirdiyi brifinqdə Türkiyənin ünvanına çox sərt xəbərdarlıqla çıxış edən Putin deyib ki, təyyarə bu ölkənin hava sahəsinə daxil olmayıb və sərhəddən 1 kilometr məsafədə, 6 min metr hündürlükdə vurulub.

“Rusiya bu cinayətin törədilməsinə, ona aid Su-24 təyyarəsinə hücum edilməsinə dözməyəcək”- Putin deyib.

Rusiya prezidenti bildirib ki, Türkiyənin təyyarənin vurulmasından sonra NATO-dakı tərəfdaşlarına müraciət etməsi alyansı da İŞİD-in qulluğuna cəlb etmək cəhdidir.

“Bu hücum Türkiyə-Rusiya münasibətləri üçün faciəvi nəticələrə səbəb olacaq”- deyə Putin xəbərdarlıq edib.
509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber