Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2015

Kredit borcuna görə özünü yandıran kişinin vəziyyətindən son xəbər

Noyabrın 23-də Naxçıvan sakini Malik Hüseynov özünü metronun “Azadlıq” stansiyasının yaxınlığındakı “Muğanbank”ın qarşısında yandıraraq intihara cəhd edib. O, “Muğanbank”a avtomobil krediti borcu olduğunu bildirib.

Respublika Yanıq Mərkəzinin müdiri Şöhrət Məmmədov açıqlamasında Malik Hüseynov barədə heç də ümidli danışmayıb:

“Vəziyyəti çox ağırdır. Nə isə demək üçün çox tezdir. Xəstənin tənəffüs yolları yanıb. Gözləmək lazımdır. Hazırda reanimasiyadadır, anlaqlıdır”.

Malik Hüseynov xəstəxanaya daxil olarkən həkimə kredit borcuna görə özünü yandırdığını deyib.

O bildirib ki, qalan borcu 6 min olmasına baxmayaraq bank ondan 15 min manat tələb edib. Krediti gecikdirdiyinə görə avtomobili də əlindən alıb./modern/
559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19