Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2015

Bərdə təhsilində 20 min manat qalmaqalı

Və ya Rzaqulu Şərifovla direktorların birgə «dərs saatlarının şişirdilməsi» əməliyyatı

Bərdə təhsilində daha bir qalmaqallı məsələnin üzəri açılıb. Bir müddət əvvəldən etibarın məktəblərdə «Fond Pulu» yığdıran rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifovun daha bir gəlir yeri aşkarlanıb.

Məlumatlara görə, Bərdə təhsilinin şefi hər ay heç də kiçik məbləğlərdə pullar qazanmır. Əksinə, onun müəllimlərə yazılan şişirdilmiş dərs saatlarından külli miqdarda qazanc götürdüyü deyilir. Bildirilir ki, Şərifov yerli məktəblərin direktorları ilə anlaşaraq, birlikdə hər orta məktəbdə 15-20 müəllimin dərs saatlarını şişirdir. Dərs saatları «artırılmış» müəllimlər isə əmək haqlarından əlavə aldıqları pulları məktəb direktorlarına çatdırır, oradan da hara getdiyi yəqin ki, məlumdur.

Hazırda Bərdə məktəblərində 300-ə yaxın müəllimin dərs saatları artırılıb. Həmin artırılan dərs saatlarına rəğmən, onlara ayın sonunda əlavə olaraq 50-70 manat arasında pul verilir. Bu artıq pullar direktor tərəfindən yığılır və oradan da Təhsil Şöbəsinə ötürülür.

Məlumatlarda iddia edilir ki, bu əməliyyatdan Şərifov və adamları toplam 20 min manatdan artıq pul əldə edirlər. Onun yarısı Şərifovun ixtiyarına verilir, digər qismi isə direktorlara çatır. Məhz bu səbəbdəndir ki, Bərdə təhsil şöbəsinin müdiri Bakıda övladlarına 2 mənzil, və obyekt alıb. Həmçinin Hacıkənddə dəbdəbəli ev tikdirib./jam/
520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber