Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2015

Hökumətsizlik belə olur

Ölkə vətəndaşı hələ də istilik dərdi çəkir

Qış qapını döyməkdədir. Ölkə vətəndaşları isə hələ şaxtalı günlər gəlməmiş istilik problemi ilə üz-üzə qalıb. Hər gün mətbuat səhifələrində insanların qazsızlıqdan, istilik sisteminin iflic olmasından şikayət etdiyini görürük. Hər gün hansısa rayona qaz verilməyəcəyinin anonsu edilir, qaz veriləndə də o qədər zəif olur ki, hiss etmirsən. Məsələn, xeyli adam borc-xərc edib kombi sistemi quraşdırıb. Amma zəif qaza görə kombi işləmir.

Demək istəyirik ki, dünyaya qaz satan, Gürcüstandakı erməni kilsələrini pulsuz qazla təmin edən, analoqsuz inkişafdan dəm vuran hökumətimiz, ölkə vətəndaşlarını istiliklə sınağa çəkir. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” Istehsalat Birliyinə olan 3 milyon manat borcunu ödəməməsi səbəbindən vətəndaşlar evlərdə, şagirdlər məktəbdə, azyaşlı uşaqlar bağçalarda üşüyürlər. Vəziyyət o yerə çatıb ki, paytaxt məktəblərində şagirdlər dərs zamanı palto, gödəkçə ilə oturmağa məcburdur. Bağçalarda körpələr donmasın deyə, valideynlər öz aralarında vəsait toplayaraq qızdırıcı almağa məcbur olub. Hələ müalicə üçün xəstəxanalara üz tutan və burada soyuq otaqlarda əlavə xəstəlik tapanları demirik…

“Azəristiliktəchizat” “Azəriqaz”a pul ödədiyini, “Azəriqaz” problemin həll olunacağını bildirir. Ümumiyyətlə, hansısa qurumların bir-birinə borclu olmasının, vətəndaşa nə aidiyyəti var? Bu qədər zəruri məsələni dövlət qurumlarının alış-veriş “rozborka”sına kökləmək biabırçılıq deyilmi?

Insanlar soyuqdan əziyyət çəkir, məktəblərdə, uşaq bağçalarında acınacaqlı vəziyyət yaranıb, dövlət qurumları isə boş vədlərlə məşğuldu. Axı qazla zəngin olan bir ölkənin vətəndaşı hansısa ayın 15-ni, havaların soyumasını niyə gözləməlidir. Gah xəbər yayırlar ki, qış qazı hələ verilməyib, gah deyirlər ki, qazlar artırılacaq, gah da haradasa qəza yarandığını və buna görə də qazın kəsiləcəyini söyləyirlər. Yəni vətəndaşa xoş xəbərlərlə təsəlli verilir, ya da pis xəbərlərlə xəbərdarlıq edilir. Ortada faktiki olaraq real iş yoxdur. Qarşıda ağır qış var və vətəndaş da başa düşür ki, ölkə qışa hazır deyil. Heç olmasa təbii sərvətimiz olan qazı vətəndaşa çox görməyin.

Əslində, baş verənlər hökumətsizliyin, idarəolunmazlığın göstəricisidir. Normal ölkədə belə problemlər yarana bilməz. Vətəndaş hansısa qurumun borcuna görə qazsız qala bilməz. Dərhal həmin qurumların rəhbərliyi məsuliyyətə cəlb olunar, vəzifədən kənarlaşdırılar.

Amma bizim ölkədə “Azəriqaz” proqnoz verir ki, dekabrın əvvəlindən qazanxanalar qazla təmin ediləcək. Təsəvvür edin ki, hündürmərtəbəli binaların böyük əksəriyyəti illərdi qazsızdı. Çünki, bütün binalardan qaz verilişi üçün külli miqdarda pul tələb olunur. Tikinti şirkəti ödəniş etmədiyinə görə də vətəndaş qazsız qalıb.

Nə etmək olar. Oturaq gözləyək, erməni kilsələrini qızdırandan sonra ölkə vətəndaşını da yada salacaqlar. Bəlkə də bu təbiidir. Xalqın seçmədiyi hakimiyyət iş başında olanda, ölkə yiyəsiz qalanda, məmurlar yalnız daha çox qazanmaq haqqında düşünəndə, vəziyyət belə də olmalıdır. Eyni zamanda vətəndaş öz taleyinə bu qədər soyuq yanaşanda, evlər də soyuq olur./azadlıq/
594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11