Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2015

Tələbə qız evində qaldığı 76 yaşlı qadını qəddarlıqla öldürdü

Sumqayıt Dövlət Universiteteinin IV kurs tələbəsi olan gənc qız qətl törədib. Hadisə bu gün səhər saatlarında Sumqayıt şəhərində baş verib.

Bu barədə Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib.

İnformasiyaya görə, qətl hadisəsi Sumqayıt şəhəri, 9-cu mikrorayonda 1940-cı il təvəllüdlü Səmayə Firidun qızı Nəcəfovanın mənzilində törədilib. Qatilin qurbanı da elə 76 yaşlı ev sahibəsinin özü olub. Təqaüdçü qadına çoxu başından və boğazından olmaqla çoxsaylı bıçaq zərbələri endirilib.

Qətldə şübhəli bilinən 21 yaşlı Şərqiyyə Ramazanova artıq saxlanıb. Məlumata görə, Oğuz rayon sakini olan Ş.Ramazanova özü polisə zəng edərək törətdiyi qətli etiraf edib.

Hələlik yalnız o məlumdur ki, Ş.Ramazanova S.Nəcəfovanın evində kirayədə qalırmış. Qətlin motivləri araşdırılır./virtualaz/
532 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10