Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2015

"Vurulan təyyarənin ikinci pilotu Suriya hərbçiləri tərəfindən təxliyə edilib"

Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus "Su-24" bombardımançı təyyarəsinin ikinci pilotu Suriya hərbçiləri tərəfindən təxliyə edilib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" nəşri yazıb.
Qeyd olunur ki, pilot ilə əlaqə altı saat davam edən axtarışlardan sonra bərpa olunub. Suriya xüsusi təyinatlıları təyyarəçini yaraqlıların arxa cəbhəsindən iki saata çıxarıblar. Hazırda o, Rusiyanın Xmeymim aviabazasında təhlükəsiz şəraitdədir.
481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP