Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2013

Obama yenə də rədd cavabı aldı

ABŞ Nümayəndələr Palatasının sədri Con Bohner Obamanın ''hökumətin bağlı qalmasına son qoyun, qısa müddətə də olsa, borc limitini yüksəldin, sonra istədiyiniz mövzuda görüşə hazıram'' təklifini rədd edib.

Obamanın büdcə böhranı və borc limiti mövzusunda 1 saatdan çox verdiyi mətbuat konfransından dərhal sonra açıqlamalar verən J.Bohner Obamanın açıqlamalarında yeni bir amilin olmadığını bildirib.

Bohner bildirib: "Prezidentin bu gün dediyi sözlər "respublikaçılar hər hansı şərtsiz təslim olsa, bizimlə oturub danışa biləcək" mənasını verir. Prezident "siz təslim olana qədər sizinlə oturub danışmayacağıq" şəklindəki mövqeyi davam etdirilə biləcəyi mövqe deyil. Hökumətimiz bu şəkildə işləməyəcək.

Burada bir müzakirə olacaq. Daha çox borclanmağa və imkanlarımızdan artıq xərcləməyə nəyin səbəb olduğu haqqında bir açıqlamalar verilmədən borc limitini artıra bilmərik".

Bohner Obama və ya Konqresdəki demokratlarla respublikaçı liderlər arasında görüşün yaxın zamanda başlayacağına dair ümidli olduğunu dilə gətirib: "Mən bu görüşün dərhal başlamasını istəyirəm"./Deyerler.Org/
1676 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08