Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2015

General Qasim Süleymani sağ-salamatdır!

Nur-az.com shia-news.com-a istinadən:
Son günlərdə bir sıra informasiya vasitələrində general Qasim Süleymaninin Suriyada yaralanması ilə əlaqədar yayılan xəbərlərə əks olaraq İran Sepah Korpusunun rabitə mərkəzinin katibi general Ramazan Şərif bu məsələni tamamilə təkzib edərək bildirib ki, general Qasimi tamamilə sağ-salamatdır, həmişəkindən daha artıq İraq və Suriyada terrorist ünsürlərin əleyhinə müqavimət qüvvələri ilə yaxından həmkarlıq edir. Bütün bu şayiələr sadəcə olaraq Müqavimətin ruhiyyəsini sarsıtmaq qəsdilə həyata keçir. Son vaxtlar Suriya Müqavimət cəbhəsinin Hələb və Laziqiyyə ətrafı gedən döyüşlərdə İŞİD-in təkfirçi-terrorist qruplarının mövqelərinə şiddətli zərbələr endirdiyindən onlarla yaxın rabitəsi olan beynəlxalq sionizmə mənsub informasiya vasitələri belə yalan və şayiələrlə həmin məğlubiyyətlərin üzərinə don geyindirmək qəsdindədir və elə güman edirlər ki, bu vasitələrlə nəyəsə nail ola biləcəklər. Müqavimətin İŞİD-dən tutmuş bütün şeytansifətli müttəfiqlərinə rəğmən, müqəddəs Qüdsün azadlığına qədər general Qasimi əzm və iradəsindən geri dönən deyil.

Hacı Qasimin ən yeni fotosu


1212 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber