Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2015

Medvedyev: “Türkiyə 3 böyük səhvə yol verdi”

Rusiyanın Baş naziri Dmitri Medvedyev Su-24 qırıcısının vurulmasına münasibət bildirib.

Hadisəni “cinayət” adlandıran baş nazir mühüm ortaq layihələrin ləğvini istisna etməyib:

“Rusiya təyyarəsini vuran Türkiyə iqtidarının törətdiyi cinayət 3 nəticəyə gətirib çıxardı. İlk olaraq bu hadisə sərhədlərin qorunması daxil heç bir milli maraqla izah olunmayacaq şəkildə Rusiya-NATO əlaqələrində təhlükəli bir vəziyyətə yol açdı. İkincisi, Türkiyə bu addımı ilə İŞİD terrorçularını qorumaq istədiyini göstərdi. Üçüncüsü isə Rusiya ilə Türkiyə arasındakı iqtisadi-siyasi, yaxın qonşuluq əlaqələrinə ziyan dəydi. Bu ziyanı kompensasiya etmək çətin olacaq. Bu addımın mühüm layihələrin ləğv edilməsi və Türkiyə şirkətlərinin Rusiya bazarındakı mövqelərini itirməsi kimi birbaşa nəticələri ola bilər”./axar/
577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38
&