Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2015

Ruslar Türk bayrağını yumurtaladılar - Fotolar

Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra Rusiyada etiraz aksiyaları təşkil edilib.

Türkiyənin Rusiya səfirliyi qarşısında kütləvi etiraz aksiysı keçirilib. Nümayişçilər "Bunu unutmayacağıq", "Terroristlərin cinayət ortaqları yox ediləcək" yazılı plakatlardan istifadə ediblər.

Rusiyanın Ulyanovsk rayonunda yerləşən Efes Rus Pivə Zavoduna bir qrup şəxs hücum edib.

Hücum edən şəxslər zavodun qarşısında olan Türkiyə bayrağını endirib və təhqir ediblər. Türkiyə bayrağı yerinə isə burada Rusiya və Hava Desant Qoşunlarının bayrağı qaldırılıb. Bundan əlavə, etirazçılar asfalt üzərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən şüarlar da yazıblar.

Qeyd edək ki, Efes Rus Pivə zavodu Türkiyənin "Anadolu Efes" şirkətinə məxsusdur./axar/




658 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...