Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

Snouden yeni faktlarla ABŞ-ı şoka saldı

“Washington Post” qəzeti ABŞ xüsusi xidmət orqanlarının elektron məkanda casusluq fəaliyyətinə dair yeni faktlar açıqlayıb.

Qəzetdə dərc olunan məqalənin müəllifi ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (MTA) sabiq əməkdaşı Edvard Snoudenin təqdim etdiyi sənədlərə əsasən bildirib ki, xüsusi xidmət orqanları kompyuter istifadəçisi haqqında məlumat toplamaq və haker hücumlarını həyata keçirmək üçün “Google” fayllarından istifadə edib.

Məlumatlar “Google”nin “PREF” adlı mexanizmi vasitəsilə əldə edilib. Mexanizmdə kompyuter istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən rəqəmli kodlar var. Eyni üsulla fərdi kompyuterlərə haker hücumları da həyata keçirilib.

MTA həmin məsələ ilə bağlı hər hansı bir açıqlama verməkdən imtina edib.
1467 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi