Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2015

Ruslar Türkiyə səfirliyinə hücum etdi – Binanı daşladılar

Moskvada Türkiyə səfirliyinə hücum olub. Hücum edənlər səfirliyi daşlayıb.

Bu barədə Lenta.ru-nun hadisə yerində olan müxbiri Filip Kireyev məlumat verib. “Səfirlikdə çoxlu daş və şüşə qırıntıları var. Binanın pəncərələri sındırılıb. Hər tərəfdə boya izləri var”, -deyə Filip Kireyev bildirib.
Məlumata görə, səfirlik önündə bir neçə dəstə polis növbə çəkir. Onlar binaya yolu bağlamağa çalışırlar. Müxbirin sözlərinə görə, səfirliyin yanında bir qrup gənc dayanıb. Onlar qara gödəkçə və papaq geyiniblər.
Xatırladaq ki, dünən Rusiyanın Su-24 qırıcı təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün vurulub. Elə həmin gün Moskvadakı Türkiyə səfirliyi önündə aksiya keçirilib. Bugün səhərdən etibarən səfirlik önündə təhlükəsizlik tədbirləri gücləndirilib.
489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<