Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2015

Xərçəngin müalicəsində yeni ümid - Eşşək arısı

Sao Paulo Universitetinin mütəxəssisləri faydalı bir araşdırma aparıblar.

Təcrübə zamanı eşşək arısının iynəsindəki bir toksinin normal hüceyrələrə zərər vermədən xərçəngli hüceyrələri məhv etdiyi müəyyənləşib. Güman edilir ki, arıda olan zəhər xərçənglə mübarizədə bir silah olaraq istifadə edilə bilər.

İlk olaraq MP1 adı verilən iynədəki zəhərli maddəni siçanlar üzərində yoxlayıblar. Məlum olub ki, bu toksin xərçəngli hüceyrələri hədəf alır və onların ətrafında yaranan yağlarla reaksiyaya girərək çölə sızmasını təmin edir.

Mütəxəssislər işin hələ ilk mərhələsində olduqları deyilir. Bu üsulun insanlar üzərində effektli təsir verməsi üçün daha geniş araşdırmaya ehtiyac olduğu qeyd edilir./axar/
608 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38