Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

Qəbələdə öldürülənlər iş adamları olub

Onları iş ortaqları güllələyib

Qəbələdə baş verən silahlı insidentin təfərrüatları və hadisə iştirakçılarının adı məlum olub.
Qəbələ Rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, rayonda bizneslə məşğul olan Ariz Rəsulzadə Vinçesterlə ortağı Eldar Kərimovu və Vasif Dadaşovu güllələyib. Hər iki şəxs aldıqları güllə yarasından keçinib.

İlkin məlumata görə, hadisəyə A. Rəsulzadə ilə E. Kərimov arasında mövcud biznes sövdələşməsi səbəb olub. Belə ki, E. Kərimov və A. Rəsulzadə ortaq olublar, sonradan bu ortaqlığa son qoyublar. Bütün məsələlər də bundan sonra başlayıb. Hər iki şəxs birgə işlətdikləri mağazadakı paylarını bölüşdürmək üçün məhkəməyə müraciət edib.

Məhkəmə mağazanın E. Kərimovda qalmasına qərar verib. Lakin A. Rəsulzadə məhkəmənin qərarına məhəl qoymayıb. Bu gün məhkəmə icraçıları mağazaya gedərək A. Rəsulzadəyə oranı boşaltmağı tövsiyə ediblər. Bu zaman iki ortaq arasında mübahisə düşüb və sonuc güllələnmə ilə nəticələnib.

Polisdən həmçinin bildirilib ki, hadisəni törədən A. Rəsulzadə saxlanılıb.

***

Bu gün Qəbələ şəhərində silahlı insident baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qəbələ şəhərində odlu silahla iki nəfər qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.
Hazırda qətlə yetirilmiş şəxslərlə bağlı məlumatlar dəqiqləşdirilir. Ətraflı məlumat veriləcək.
1512 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı