Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2015

Hökumətin ucuzlaşma qərarından sonra dərmanlar tapılmır

Əhali ehtiyacı olan dərmanların əksəriyyətini tapıb almaqda əziyyət çəkir; bəzi dərmanlar isə 30 faiz bahalaşıb

Azərbaycanda əhalinin dərman preparatlarına ehtiyacı ilbəil daha da artır. Amma ölkədəki inhisarçılıq üzündən əhalinin ucuz və keyfiyyətli dərman məhsullarına əlçatanlığını hələ də mümkünsüzdür.

Bu il Tarif Şurasının bir sıra dərmanların qiymətinin ucuzlaşdırılması barədə qərarlarına baxmayaraq, insanlar hələ də apteklərdən istədikləri dərmanları münasib qiymətə tapmaqda çətinlik çəkirlər. Üstəlik, Tarif Şurasının qiymətlərlə bağlı məlum qərarlarından sonra həmin dərmanları tapmağın özü də müşkülə dönüb. Ucuzlaşdırılan dərmanların siyahısı təsdiqlənəndən və ictimailəşdiriləndən sonra vətəndaşlar ehtiyacı olan preparatları tapmaqda əməlli-başlı əziyyət çəkir. Tələbat olan və ucuzlaşdırılan dərmanlar apteklərdə tapılmır, həmçinin onların dekabrın sonunda, yaxud da gələn ilin əvvəlində apteklərə gətiriləcəyi bildirilir.

Xatırladaq ki, indiyədək 2183 dərmanın qiyməti tənzimlənib. Rəsmi məlumatlara görə, satışda olan dərmanların 53 faizi satış qiymətindən iki dəfədən çox ucuzlaşdırılıb. Daha 28 faiz dərmanların qiyməti isə üç dəfədən çox aşağı salınıb.

1079 dərman vasitəsinin qiyməti isə 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, rəhbərlik etdiyi təşkilata dərmanlarla bağlı şikayətlərin sayı kifayət qədər çoxdur. Onun sözlərinə görə, əvvəllər həkimlərlə işləyən dərman distrübiterləri indi apteklərə gələrək, öz məhsullarının satılması üçün iş aparırlar. Ucuzlaşmanın şamil olunmadığı dərmanların 30 faiz bahalaşdığını deyən ekspert eyni zamanda, dərmanların keyfiyyətinin də aşağı olduğunu qeyd edir: “Istehlakçılardan aldığımız şikayətlər dərman sektorunda kifayət qədər problemlərin olduğunu deməyə əsas verir. Insanlar ehtiyacı olduğu dərmanları tapmaqda çətinlik çəkir. Bu məsələ ucuzlaşdırılmadan sonra da həllini tapmayıb. Hökumətin dərmanların qiymətinin ucuzlaşdırılmasıyla bağlı verdiyi qərar müsbətdir. Lakin bu sahədə xeyli problemlər qalmaqdadır. Dərman sektorundakı problemlərin aradan qaldırılması ilk növbədə istehlakçı hüquqlarının qorunması istiqamətindəki vacib addımlar deməkdir”./azadlıq/
425 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42