Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2015

6 milyon dollarlıq villa üçün 100-150 kiloqram qızıl satmaq lazımdır

Əgər Azərbaycanın bir qütbünün simvolu özünə od vuran Malik Hüseynovdursa, digər qütbü “Şeyxin qudası” kimi tanınan deputat Qalib Salahzadədir. Bu iki qütblər günbəgün bir-birindən uzaqlaşır, aralarında isə keçilməz boşluq qalır.

Hüseynov özünü yandıran gün Salahzadə 6 milyon dollarlıq (o yan, bu yan ola bilər) iqamətgahını hansı pulla tikdirdiyinə aydınlıq gətirərək deyib: “Kişinin evi olar. Böyük bir vəzifəm olmayıb ki, onun hesabına ev tikim. Hamı yaxşı bilir ki, anamın atası varlı adam olub, ondan anama xeyli qızıl, pul qalıb. Bu baxımdan kasıb olmamışıq”.

Sovet dövründə babanın bu astronomik məbləği necə qazandığı və saxladığı nə qədər absurddursa, bundan da absurdu təbii ki, bir yox, bir neçə malikanəsi olan deputatın sözlərini qızıla və pula çevirəndə alınır. 6 milyon dollarlıq villa üçün 100-150 kiloqram qızıl satmaq lazımdır. Heç Əli İnsanovun və MTN generallarının evlərindən bu qədər qızıl çıxmayıb.../virtualaz/

531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber