Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2015

Məktəblər soyuqdan donur

Paytaxtın orta məktəblərində istilik problemi ciddiləşib. Orta məktəblərə istilik verilmir, şagirdlər soyuq sinif otaqlarında dərs keçməyə məcburdurlar

Problemin Bakının əksər məktəblərini əhatə etdiyi bildirilir.

Məsələn, Yasamal rayonunda yerləşən 308 saylı məktəbdə uşaqların soyuq sinif otaqlarında dərs keçdiyi, problemin nazirlik səviyyəsinə qədər qaldırıldığı, lakin həllini tapmadığı bildirilir. Valideyn Natiq Bayramov bildirir ki, iki övladı həmin məktəbdə təhsil alır və günlərdir ki, soyuq sinif otaqlarında oturmağa məcburdurlar: "Uşaqlar 3-cü və 6-cı siniflərdə təhsil alırlar. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı var ki, noyabrın 15-dən istilik verilməlidir. Ancaq "otopleniyalar", istilik sistemləri işləmir. Dəfələrlə Təhsil Nazirliyinə, 146-ya, qaynar xəttə zəng etmişəm, işləmir, cavab vermir. Məktəb kimi qaynar xətt də donub./musavat/
454 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber