Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2015

Bakıda silahlı insident

Bakının Nərimanov rayonunda odlu silahdan da istifadə olunan kütləvi dava baş verib.

Qanlı hadisə Məlik Məmmədov küçəsi ev 16, mənzil 2 ünvanında, Feyzulla Babayevə məxsus evdə qeydə alınıb. Naməlum şəxslərin hücumu nəticəsində ev sahibinin 25 yaşlı oğlu Vüsal Babayev həm biçaqla həm də tapancadan açılan atəşlə yaralanıb. Xəsarət alan şəxs yaxınlarının köməyi ilə travmotologiya inistutuna aparılıb. Hazırda yaralı gənc polis nəzarəti altında müalicə alır. Yaxınlarının sözlərinə görə, Vüsalın yaraları ciddi və həyati təhlükəlidir.

Zərərçəkənin anası Zəranə Babayevanın iddiasına görə, oğlu yaşadıqları evin qarşısında hücuma məruz qalıb. Onun sözlərinə inansaq, Vüsal Babayevə odlu silahla vuranlar, onu öldürmək istəyiblər.

18-ci polis bölməsindən verilən məlumata görə, hadisə Babayevlər ailəsinin dediyi kimi, bayırda yox, mənzilin daxilində baş verib. Polis əməkdaşlarının evə keçirdiyi baxış zamanı otaqlardan giliz də tapılıb. İlkin məlumata görə, qanlı hadisə vaxtı makarov tipli tapancadan istifadə edilib./ans/
594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP