Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

Stress piylənməyə səbəb olur

Məlumata görə stress sahibi olan ailələrdə köklük və piylənmə xəstəlikləri artmaqda davam edir.
Kanadalı elm adamlarının tədqiqatlarına görə stress altında böyüyən uşaqlarda piylənmə riski daha çox olur.
Ailə daxili stress uşaqlarda çoxlu və tez-tez yemək vərdişləri yaradaraq onların kökəlməsinə imkan yaradır.
Bu baxımdan onlar az idman edirlər. Həmin uşaqlarda stress halları bədən kütlə indeksinin 2% nisbətində artmasına səbəb olur.
Bundan əlavə stressli ailələrin uşaqlarının normaldan 7% nisbətində daha sürətli kökəlməsi müəyyən edilib.
Kanadalı həkim Keta Shankardass şərhindən aydın olur ki, uşaqlıq dövrü olduqca əhəmiyyətli bir dövrdür.
Daha çox bu dövrdə uşaqlar düzgün qidalanmalı və aktiv həyat tərzinə malik olmalıdırlar.
Qida rasionunda orqanizmə faydalı və dəyişik qidalanmaya üstünlük verilməlidir. Əks halda piylənmə xəstəliyinə tutulma riski artacaq.
Bu baxımdan kanadalı həkim Keta Shankardass uşaqların erkən yaşda qidalanma vərdişinin nizama salınmasının lazım olduğunu bildirib.
Stress halları uşaqlarda irəliləyən yaşlarda böyük sağlamlıq problemləri yarada bilər.
St. Michael Xəstəxanasının Uşaq Sağlamlığı bölümünün apardığı tədqiqatlar bu cür halların uşaqlarda tənəffüs çətinlikləri yaratdığını bildirir.
Çoxlu qida qəbulu və nizamsız qidalanma son nəticədə uşaqların təhlükəli hesab olunur. Bu baxımdan stress və onu yaradan faktorlardan uzaq olmaq, idmanla məşğul olmaq vacibdir. Daha çox stressli ailələr buna diqqət göstərməlidirlər. Onlar uşaqları fast food kimi qidalardan da uzaq tutmalıdırlar.
1695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı