Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2015

Rusiyanın tərəvəz bazarında Türkiyənin payı 20 faizdir

Rusiya Türkiyədən tədarük edilən ərzaq mallarına nəzarəti gücləndirəcək və bu ölkənin istehsalı olan məhsulların yoxlanması üçün əlavə tədbirlər həyata keçirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Kənd Təsərrüfatı Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Rusiya hökuməti ölkənin Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Xidmətinə Türkiyədən tədarük edilən kənd təsərrüfatı və ərzaq məhsullarına nəzarət gücləndirmək üçün tapşırıq verib: "Bundan başqa, Türkiyədə istehsal olunan malların sərhəddə yoxlanması üçün əlavə tədbirlər görüləməsini tapşırıb".
Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bildirib ki, Türkiyə mallarına embarqo tətbiq olunacağı təqdirdə Rusiya bunun nəticəsini ciddi hiss etməyəcək: "Türkiyədən gətirilən meyvə və tərəvəzi İran, Azərbaycan, Özbəkistan, Məkareş, CAR və Argentinadan tədarüklər əvəz edəcək.Türkiyə Rusiyaya ümumi tərəvəz idxalı həcminin 20 faizini tədarük edir. Rusiya bazarında Türkiyədən gətirilən sitrus bitkilərinin payı 25 faizdir. Ölkə Rusiya taxılının fəal alıcısıdır. 2015-ci ilin əvvəlindən 3,5 milyon ton taxıl ixrac olunub.
430 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber