Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2015

"Hacı Taleni bu dəfə niyə dəvət etmədilər, polis idarəsinə?"

“Hökumət izahat verməlidir ki, niyə belə bir əməliyyata ehtiyac duyub”

AXCP sədri Əli Kərimli Facebook səhifəsində Nardaran hadisələrinə münasibət bildirib. Həmin statusu təqdim edirik:

– Əziz həmvətənlər, bu gün (dünən – red.)Nardaranda baş verənlərlə bağlı aşağıdakı məqamları sizlərlə bölüşmək istədim.
1.Nardaranda keçirilən əməliyyat nəticəsində 6 nəfər soydaşımızın öldürülməsindən çox narahatam. Allah ölənlərə rəhmət etsin. Yaxınlarına başsağlığı verirəm.
2.Siyasi mübarizədə zorakılığı, silahlı mübarizəni qəti şəkildə pisləyirəm. Şərtlər nə qədər ağır olur-olsun, rejimlə mübarizəni yalnız dinc yollarla aparmaq lazımdır. Polisə silahlı müqavimət yolverilməzdir.
3.Əgər həqiqətən də Azərbaycanda silahlı çevriliş yolu ilə dövlət quruluşunu dəyişmək istəyənlər olarsa, hökumətə münasibətimizdən asılı olmayaraq, belə qüvvələrə qarşı səfərbər olmalıyıq və olarıq.
4.Biz hüquq mühafizə orqanlarının Hacı Tale və tərəfdarları haqda yaydığı məlumata niyə gözüyumulu inanmalıyıq? Həmin DİN-in, prokurorluğun əməkdaşları yüzlərlə soydaşımızı, o sıradan tanınmış ziyalılarımızı, jurnalistlərimizi, hüquqşünaslarımızı, siyasətçilərimizi, hüquq müdafiəçilərimizi etmədiyi əməllərə görə şərləyib, həbs etməyibmi? Dünənə qədər belə şok əməliyyatları həyata keçirən MTN rəhbərliyini özü hökumət mütəşəkkil cinayətkar dəstə elan etmədimi?
5.Hökumət izahat verməlidir ki, niyə belə bir əməliyyata ehtiyac duyub, məgər Hacı Tale istintaqdan yayınırdı ki? Onu sadəcə polisə çağırıb, istintaq hərəkətləri etmək olmazdımı? Ölkə ictimaiyyəti yaxşı bilir ki, son aylarda Hacı Tale həm MTN-ə, həm də polis idarəsinə çağrılmışdı və həmin çağırışların heç birindən yayınmamışdı. Bu dəfə niyə dəvət etmədilər, polis idarəsinə?
6.Sübut etmək ittiham tərəfinin vəzifəsidir. Öldürülən polisləri konkret kimin və hansı şəraitdə öldürdüyü müəyyənləşdirilməlidir. Nardaran əhalisi israr edir ki, polisləri onlar öldürməyib. Polisə güllə atan şəxsi tanımayıblar. DİN əməliyyatın operativ çəkilişini ictimaiyyətə təqdim etməlidir. Belə əməliyyatlarda bir qayda olaraq çəkiliş aparılır. Bu gün həbs edilən şəxslər dərhal vəkillə təmin edilməli, baş verənlərlə bağlı onların da mövqeyi cəmiyyətə çatdırılmalı, istintaq şəffaf aparılmalıdır.
7.Mən şəxsən Hacı Talenin silahlı dəstə yaratmasına, silahlı yolla hakimiyyət dəyişikliyi hazırlamasına inanmıram. Hacı Tale heç polis idarəsində zorakılığa məruz qalanda belə, dinc mübarizədən kənara çıxmayıb. Hacı Tale özü facebook səhifəsində yazmışdı ki, hökumət əleyhinə tənqidi çıxışlarına görə ona qarşı təxribat hazırlanır, həbsinə hazırlıq görülür. Bunları bildiyi halda, hansı məntiqlə ətrafında silahlı adamlar gəzdirsin, hansı məntiqlə dövlətə qarşı silahlı müqavimət fikrinə düşsün?
8. Nardaran kəndində keçirilən mitinqdən mətbuatda yayılan foto və videoçəkilişlərdə narahatedici məqamlar gördüm. O dəmir və taxta dəyənəkləri, daşları meydana gətirənlər ya emosiyaya qapılırlar, ya da təxribat məqsədilə edirlər. Hər cür zorakılıqdan çəkinmək lazımdır. Zordan istifadə etmək cəhdləri vəziyyəti daha da gərginləşdirər. Oradakı həmvətənlərimizə müraciət edirəm, etiraz aksiyalarını istisnasız olaraq dinc yolla keçirmək lazımdır.
539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...