Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2015

Nardaranla hökumət arasında danışıqlar nəticəsiz qaldı

Sabunçu qəsəbəsinin Nardaran qəsəbəsində kənd ağsaqqalları ilə rayon rəhbərliyi arasında danışıqlara başlanıb.

Bu barədə Trend-ə kənd ağsaqqalı Hacı Tağı məlumat verib. Məlumata görə, kənd ağsaqqalları ilə rayon icra hakimiyyəti nümayəndələri arasında danışıqlar başlayıb. Görüşdə Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov, Hacı İlqar və başqaları da iştirak edir. Məlumata görə, sakinlərin asayişə riəyyət etmələri xahiş olunub.

Hacı Tağının sözlərinə görə, ümumilikdə kənd sakinləri ilə hələ ki, ümumi məxrəcə gəlinməyib: “Sakinlər həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər”.

***

Nardaranda aparılan danışıqlar bitib. Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimovun Trend-ə verdiyi məlumata görə, tərəflər arasında ümumi razılığa gəlinməyib: “Kənd ağsaqqalları hadisə nəticəsində öldürülən kənd sakinlərinin meytlərini tələb ediblər. Sabunçu Rayon Prokurorluğu isə ŞƏHİDLƏRİN meyitlərini ailələrinə təhvil verməyib. Kənd ağsaqqalları bununla bağlı Sabunçu Rayon Prokurorluğuna xəbər göndərib ki, meyitlər təhvil verilməyənə qədər kənd sakinləri heç bir danışıqlara getməyəcək”.
762 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı