Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2015

ZALIM REJİM GƏNCƏ DİNDARLARINI DA ŞƏRLƏDİ - KÖHNƏ METOD

Mömin insanları şərləmələriniz inşaallah öz məhvinizə gətirib çıxaracaq...

Gəncə şəhərində "Nardaran" hadisələrinə kömək edən şəxslərdən silah-sursat aşkarlanıb. Onlardan biri polis əməkdaşına xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ans-ə verilən məlumata görə, noyabrın 26-da Gəncə şəhər sakini Ruzi İsmayılov “Nardaran” hadisələri ilə əlaqədar “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək məqsədi ilə Şah Abbas məscidinin qarşısına gəlib.

Bununla əlaqədar R.İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib.

R.İsmayılov tutulub və ondan 1 ədəd “F-1”, 1 ədəd “RQD-5” qumbaraları və 14 qram heroin götürülüb.

Oxşar əməl törədən daha bir şəxs saxlanılıb. Noyabrın 26-da Gəncə şəhər sakini Sabir Əliyev Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində “Müsəlman biriliyi” adlı hərəkata dəstək məqsədi ilə çağırışlar etdiyi üçün Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Ondan “TT” markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin götürülüb.
778 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı