Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2015

ZALIM REJİM ZALIMANƏ MADDƏLƏRƏ ƏL ATDI

Noyabrın 26-da Nardaranda həyata keçirilən əməliyyat zamanı həbs olunan şəxslərə qarşı artıq rəsmi ittihamlar irəli sürülüb. “Azadlıq” qəzetinə daxil olan məlumata görə, saxlanılan şəxslər Cinayət Məcəlləsinin 16 maddəsi ilə ittiham olunur.

Maddələr bunlardır:

120.2.1 – Qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

120.2.3. – Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə;

120.2.4. – Xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə;

120.2.7. – İki və ya daha çox şəxsi öldürmə;

120.2.11. – Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə;

120.2.12. – Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə;

214.2.1. – Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

214.2.3. – Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;

220.2. – Kütləvi iğtişas, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə;

228.3. – Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə;

Maddə 233. – İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə;

Maddə 278. – Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama;

Maddə 279.3 – Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda;

Maddə 281.2. – Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə;

Maddə 283.2.3. – Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə;

Maddə 315.2 – Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə.

Qeyd edək ki, bu maddələrin bir qisminin sanksiyasında ən ağır cəza – ömürlük azadlıqdan məhrum etmə də nəzərdə tutulur.
453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber