Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2015

Tale Bağırzadə haqda foto-xəbər yalan çıxdı SÜBUTLAR

Noyabrın 26-da Nardaranda Tale Bağırzadənin keçirdiyi toplantıdan polis əməliyyatından 1 saat qabaq çəkildiyi iddiası ilə “virtualaz.org” saytının yaydığı fotolar saxta çıxdı. Belə ki, saytın dərc etdiyi fotoların hər ikisi Huseyn Zade adlı feysbuk istifadəçisinin profilində yayılıb. Fotolardan biri (aşağıdakı xəbərə əlavə olunmuş 1-ci foto) noyabrın 19-da, o biri (aşağıdakı xəbərə əlavə olunmuş 2-ci foto) isə moyabrın 25-də paylaşılıb.

Noyabrın 19-da foto bu sözlərlə paylaşılıb ki, Nardarana Tale Bağırzadəni tutmaq üçün qoşun gələcəyi haqda təxribatçı məlumatlar yayılır, buna inanmayın. (https://www.facebook.com/photo.php?fbid=423110581225048&set=a.122398184629624.1073741830.100005783284157&type=3&permPage=1)

Noyabrın 25-də paylaşılan fotoya isə bu sözlər əlavə olunub: “Hacı Taleh Töfsiyələrində Vəhdətin Dahada Möhkəmliyinin Saxlanılmağın Vacibliyini Bildirir. Hər kəs Hacı İlə Azad Görüşüb Sual və Cavablarını Ala Bilər”.

Bu da həmin paylaşımların edildiyi profilin linki: https://www.facebook.com/huseyin.zade.169

***

Noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnən əməliyyatdan qabaq Tale Bağırzadə ilə bir evdə keçirilən toplantının fotoları yayılıb. Fotolar “virtualaz.org” saytına göndərilib.

Fotolardan məlum olur ki, Nardaran sakinlərindən birinin evində keçirilən toplantıda onlarla dindar var. Hacı Tale Bağırzadə isə başda oturub və hansısa məsələni müzakirə edir.

Fotonu göndərən mənbə bildirir ki, bu kadrların çəkilməsindən düz bir saat sonra DİN-in xüsusi təyinatlıları evə basqın edib.

1481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı