Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2015

Çikaqoda qaradərililərin etirazları davam edir

ABŞ-ın Çikaqo şəhərində ağdərili polis tərəfindən Afrika əsilli amerikalının qətlə yetirilməsi ilə əlaqədar növbəti etiraz aksiyası keçirilir.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, qaradərili Lakuan Makdonaldı güllələyən polis əməkdaşı Ceyson Van Dayka qarşı qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Noyabrın 24-də insidenti əks etdirən videokadrların yayımından sonra Çikaqoda etiraz aksiyaları başlayıb. Etirazçılar ədalətli məhkəmənin keçirilməsini, federal hökumətin prosesdə iştirakını tələb edirlər. “Tələblərimiz yerinə yetirilməyincə, aksiyalar davam edəcək”, deyə İllinoys ştatını təmsil edən senator Bobbi Raş deyib./apa/
414 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı