Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2015

"Tale də qaçan adam deyildi. Oturmuşdu evdə, namaz qılırdı"

Bakının Nardaran kəndində gərginlik davam edir. Əhali İmam Hüseyn meydanında çadır qurub, kəndin girişi cavanlar tərəfindən qorunur. Nardaranlılar hələ də əməliyyat günü qətlə yetirilənlərin nəşini ala bilmədiklərini deyirlər.

Kənd Ağsaqqalları Şurasının sədri Natiq Kərimov baş verənlərlə bağlı yayılan məlumatlardakı tərəfkeşliyin əleyhinədir. "Biz tərəf, onlar tərəf deyə bir şey yoxdur. 6 nəfər şəhid olub. Hamıya da təklif edirəm ki, danışanda sözlərinə fikir versinlər. Hamı eyni tərəfdəndir. İndi belə olub, bundan sonra danışıqlar aparmaq, daha sonra vəkil məsələsini həll etmək lazımdı". Natiq Kərimov qarşıdurmanın əleyhinədir: "Nə etmək istəyirlər? Qan tökmək istəyirlər? İnanmıram, bu ölkənin rəhbərləri də razılıq verməzlər ki, Nardaranda təkrar qan tökülsün. Bu, yaxşı nəticə verməz. Bunu elan edərdilər ki, ay Tale, ay filankəs, sən axtarışdasan, filan maddə ilə cinayət işi açırıq. Sonra bunun sahə müvəkkili, kənd icra nümayəndəsi, 14-cü bölməsi var, danışıqlarla həll olunardı. Tale də qaçan adam deyildi. Oturmuşdu evdə, namaz qılırdı, camaat da yığılırdı başına. Alimdir də, alimin ətrafına yığışarlar. Biz qarşıdurma istəmirik. Kənddə olanların 99 faizi şiədir. Onlarda radikallığa meyl yoxdur, ola da bilməz".
1028 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber