Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2015

29 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir duman olacağı, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Noyabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP