Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2015

Rusiya yanvarın 1-dən Türkiyə ilə viza rejimini dayandırır

Rusiya prezidenti Vladinir Putin 2016-cı ilin yanvarın 1-dən Türkiyə ilə viza rejiminin dayandırılmasına dair göstəriş verib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu tədbirlər Rusiya ərazisində müvəqqəti yaşamaq hüququna malik Türkiyə vətəndaşlarına, həmçinin Türkiyənin Rusiyadakı diplomatik missiyalarının işçilərinə və onların ailə üzvlərinə şamil edilməyəcək.

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin həmçinin 2016-cı ilin yanvarın 1-dən Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsinə qadağa qoyub.

Qeyd edək ki, Vladimir Putin həmçinin Rusiyada Türkiyə yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə qadağa qoyub.

Bundan başqa, Rusiya prezidenti Türkiyədən malların Rusiyaya gətirilməsinə qadağa qoyulmasına dair göstəriş verib.

Qeyd edək ki, V.Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb./apa/
543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.12.16, 07:48