Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2015

Yaponiya İŞİD-lə mübarizədən imtina etdi

Yaponiyanın İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmaq niyyəti yoxdur. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Yaponiya XİN mətbuat katibi Yasuxisu Kavamuru bildirib.

“Yaponiya İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirən koalisiyada iştirak etmək niyyətində deyil. Həmçinin loqistik dəstəyin, hava zərbələrin və ya İŞİD-ə qarşı hər-hansı digər hərbi fəaliyyətlərin təmin olunması ilə bağlı koalisiyaya kömək etmək planlaşdırılmır”, deyə məlumatda qeyd olunub.

Yasuxisu Kavamuru qeyd edib ki, Yaponiya qaçqınlara humanitar yardım göstərməkdə davam edəcək./apa/
513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber