Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Amerikada məktəbə silahlı basqın: yaralılar var

Təxminən 2 000 şagirdin təhsil aldığı məktəbdə baş vermiş hadisədə 2 nəfər xəsarət alıb

Amerikada növbəti, məktəbə silahlı hücum hadisəsi baş baş verib. Hadisə Kolorado əyalətinin Kentennial şəhərində baş verib.

Məlumata görə, silahlı şəxs “Arapoe High School”a hücum edib. Təxminən 2 000 şagirdin təhsil aldığı məktəbdə baş vermiş hadisədə 2 nəfər xəsarət alıb.

Şəhərin polis rəisi (şerif) Qreyson Robinson hücumu törədən şəxsin öldürüldüyünü bildirib.

Yaralılardan birinin xəsarəti yüngül olsa da, digər yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, bütün dünyada demokratiyanı “bərqərar” edən ABŞ son illərdə məktəb manyaklarının əlində aciz qalıb. Belə ki, ABŞ-da məktəblərdə kütləyə silahlı hücum faktı tez-tez baş verir. Keçən il “Sandy Hook” məktəbində baş vermiş analoji hadisədə 26 nəfər ölmüşdü./ans/
1531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber