Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2015

Nardaran ağsaqqalları yekun qərar üçün toplaşır

Bu gün saat 15:00-da Nardaran ağsaqqallarının toplantısı keçiriləcək. Bu barədə məlumatı musavat.com-a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib. N.Kərimovun sözlərinə görə, toplantıda baş verən hadisə ilə bağlı yekun qərar veriləcək və bu qərar bütün kənd camaatı tərəfindən icra ediləcək.

Qeyd edək ki, noyabrın 26-da dindarlarla polis arasında baş verən silahlı toqquşma zamanı ikisi polis əməkdaşı olmaqla, yeddi nəfər dünyasını dəyişib. Dindarların meyiti hələ də ailələrinə təhvil verilmədiyi üçün Nardarandakı meydanında kənd camaatı tərəfindən postlar qurulub. 3 gündür ki, meydana toplaşan kənd sakinləri meyitlərin ailələrinə verilməsini tələb edirlər.
1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...