Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2015

Nardaranı blokadaya almaq barbarlıqdır

“Torpaqlarımızı işğalda saxlayan düşmənlə 22 ildir dialoq içində olanların Azərbaycanın bir kəndi ilə dialoqdan imtinası izahı mümkün olmayan absurddur”

AXCP sədri Əli Kərimli Nardaran qəsəbəsinin blokadaya alınmasını pisləyən münasibət paylaşıb. AXCP lideri feysbuk səhifəsində yazır:

Nardaranda 10 min nəfər insanı işıqdan, sudan, nəqliyyat xidmətindən, ərzaqdan, internetdən məhrum edib, blokadaya almaq barbarlıqdır. Hər bir insan qanunazidd əməllərinə görə yalnız özü şəxsən məsuliyyət daşımalıdır. Hətta Nardaranda hansısa cinayətkarlar varsa belə, bu bəhanə ilə bütöv bir kəndi – 10 min nəfər soydaşımızı cəzalandırmaq dövlət hakimiyyətinə yaraşmayan rüsvayçı bir davranışdır. Hakimiyyət anlamalıdır ki, belə qeyri-insani davranışlar nə nardaranlıları, nə də bütövlükdə xalqımızı hökumətə yaxınlaşdırar, tam əksinə, belə zorakı, düşməncəsinə hərəkətlər hakimiyyətlə xalq arasındakı son bağları da qoparır.

Hakimiyyət təcili olaraq bu səhv hərəkətləri durdurmalıdır. Kəndin ətrafındakı blokada götürülməli, öldürülən şəxslərin cənazələri ailələrinə verilməli, Tale Bağırzadə və digər həbs edilən şəxslərin Cinayət Prosessual Məcəlləsinə uyğun hüquqları, o cümlədən vəkillərin prosesdə iştirakı təmin edilməli, kənd ağsaqqallarının dialoq təklifi qəbul edilməlidir. Torpaqlarımızı işğalda saxlayan düşmənlə 22 ildir dialoq içində olanların Azərbaycanın bir kəndi ilə dialoqdan imtinası izahı mümkün olmayan absurddur.
493 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:39