Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2015

Zaqatalada "İŞİD" üslubunda cinayət

Zaqatalada 26 yaşlı gəncə xüsusi amansızlıqla xəsarət yetirilib.

Noyabrın 29-na keçən gecə iki Zaqatala rayonu sakini Vüsal Bəşirovun qollarını bilək nahiyəsindən kəsiblər.

Hər iki əlini itirən Vüsal Bəşirovun atası Vahid Bəşirovun verdiyi məlumata görə, oğlu ilə yoldaşlıq münasibətləri olan Rəşad adlı şəxs axşam saatlarında Vüsalı evdən çağıraraq onunla söhbət etmək istədiyini bildirib.

Vüsalın atasının narahat olduğunu görən Rəşad ona deyib ki, oğlu ilə sadəcə hal-əhval tutmaq istəyir. Bundan sona Rəşad və onunla olan digər rayon sakini Vüsalı maşınla rayona yaxın ərazidə yerləşən asma körpü deyilən çaylağa aparıblar. Bundan yarım saat sonra isə həmin şəxslər Vahid Bəşirova zəng vuraraq, oğlunun əllərini biləkdən kəsdiklərini söyləyiblər. Eyni zamanda bildiriblər ki, əgər oğlun sağ qalıbsa indi xəstəxanaya aparılır, gedib orda görə bilərsən.

Dərhal xəstəxanaya gələn ata oğlu ilə xəstəxananın girişinda qarşılaşıb. Həkimlər ağır vəziyyətdə olan gəncə dərhal ilkin tibbi yardımlar göstərib və üzərində cərrahiyyə əməliyyatı aparıblar. Hazırda 26 yaşlı Vüsal Bəşirovun vəziyyəti ağırdır.

Cinayət zamanı şübhəli şəxslər baltadan istifadə ediblər. Atası həmçinin yeganə övladı olan oğlunun bir müddətdir vərəm xəstəliyindən əziyyət çəkdiyini də bildirib.

Faktla bağlı Zaqatala rayon polis şöbəsindən bildirilib ki, hələlik hadisəni törədənlərdən heç kim saxlanılmayıb./ans/
608 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41