Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2015

"Dedilər çadırları o meydandan götürməsəniz, qoşun yeridiləcək"

 Müzakirələrdən sonra İmam Hüseyn meydanının boşaldılması, adamların evlərinə dağılışması qərarına gəliblər.
Nardaran Ağsaqqalllar Şurasının sədri Natiq Kərimov AzadlıqRadiosuna bildirib ki, bundan sonra cənazələrin sahiblərinə qaytarılacağına ümid edirlər.
 
- Ağsaqqallar yığışıb qərar verdik ki, meydanı boşaldaq, camaat evlərinə getsin. İndi qaldı onların qərarı. Ümid edirəm ki, sözlərində dürüst olarlar.
 
- Sizə bunun qarşılığında cənazələrin qaytarılacağı vədi verilib?

- Mənə heç kim heç nə vəd eləməyib. Ancaq deyiblər ki, bir günün, yarım günün içində çadırları o meydandan götürməsəniz, meydanı boşaltmasanız, bura qoşun yeridiləcək. Qoşun girməsinin hansı nəticələrə gətirib çxaracağını hamı bilməlidir. Sabah səhərdən (noyabrın 30-dan-red.) meydan təmizlənəcək, çadırlar yığılacaq. Küçələr yuyulub təmizlənəcək.
 
- Danışıqlar haqda razılığa gəlinibmi?

- Danışıqlar üçün 5-10 nəfər ayrılacaq. Hər şey mərhələ-mərhələ olacaq. Yəqin ki, problemlər yoluna qoyular. Gərək, birinci, burda sabitlik, sakitlik olsun.
 
- Cənazələrin verilməsi ilə bağlı nə deyirlər?

- Hələ heç nə eşitməmişəm. İşlərə sabahdan başlayırıq. Bu müddətdə ictimai rəy bizim əleyhimizə formalaşdırılıb. Bizə terrorçu kimi baxırlar. Biz bu fikirləri ancaq atacağımız addımlarla dağıda bilərik. Biz sübut etməliyik ki, bizdə radikllalıq, terror söhbəti ola bilməz.
 
- İndi Nardaranda işıq var?

- Yox, yox, qaranlıqdır. Ayağımın altını görmürəm.
 
-  İşıq, yol  problemlərini necə həll etməyi düşünürsüz?
-  Bunlar kiçik şeylərdir. Yəqin bu gündə – sabahda həll olunar. İşığı da qoşarlar, yolları da açarlar.
 
– Yaralıların vəziyyəti necədir?

– Heç yaralılara baş çəkə bilmirik. Buraxmırlar ki... Hər şey yoluna düşər. Əsas işlərə başlamaqdır. Artıq bu gündən meydanın boşaldılmasına başlanılır. Sabah tamam təmizlənəcək. Sonrakı məsələlər də, Allah qoysa, mərhələ-mərhələ həll olunar.

823 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı