Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2015

Nusra terrorçularını "müxalif" Nardaranlıları "radikal" adlandıran TÜLKÜLƏR

"Əl-Qaidə"yə müxalif deyən bəzi Türk mediası Nardarandakı olayda "Şiə radikallar" ifadəsindən istifadə etdi

Türkiyənin "Anadolu Xəbər Agentliyi" başda olmaqla bir çox xəbər saytı Nardaran olaylarına məzhəbçilik prizmasından yanaşıb.
Belə ki, Anadolu Agentliyi Nardarandakı olayları "Azerbaycan'ın başkenti Bakü'nün Nardaran kasabasında, güvenlik güçleri ve Şii radikal gruplar arasında çıkan çatışmada, 2'si polis 6 kişi öldü." başlığı ilə xəbər hazırlayıblar.
Əlbəttə ki, bu xəbər bəziləri üçün adi hesab oluna bilər, lakin adı çəkilən xəbər agentliyi Beynəlxalq terror qruplaşması olan "Əl Qaidə"nin Suriya qolu "Nusra cəbhəsi"lə bağlı xəbər dərc edərkən "Suriya müxalif qrupu" kimi təqdim etdiyi halda, Bakıdakı rəsmi açıqlamalarda belə, "şiə", "sünni" sözünün heç vaxt istifadə edilmədiyi halda, niyə bu başlıqla xəbər yayması sanki hansısa gizli maraq və ya qara məqsədlərdən xəbər verir./İslamazeri/
538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber