Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Yüz ildən sonra Qahirəyə qar yağıb

Dekabrın 13-də Misirin paytaxtı Qahirəyə və başqa şəhərlərinə qar yağıb.

Lent.az-ın nyusru-ya istinadən məlumatına görə, yerli mənbələr bildirib ki, Qahirəyə yüz ildir qarlamır.

Sinay yarımadasına da qar yağıb.

Sosial şəbəkələrdə misirlilər zarafatla yazıb ki, müdafiə naziri, ölkənin faktiki başçısı general Əbd əl-Fəttah əs-Sisi islamçıların etiraz aksiyasının qarşısını almaq üçün qarı cadugərliklə yağdırıb.

Əlverişsiz hava şəraiti ucbatından Misirin Aralıq dənizi sahillərindəki bir sıra limanı bağlanıb.
1579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...