Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2015

Ledi Qaqaya bir mahnıya 2 milyon verən hökumət Nardaranlıların qazını kəsir

Bütöv bir kəndi işıqsız, qazsız qoymaq borca görədirsə…

Nardaranda baş verənlərdən sonra hökumətin ortaya qoyduğu bütün arqumentlər ifşa edilir. Biz Hacı Talenin niyə hədəf seçilməsi, Naradaran hadisələrinin hökumətə niyə lazım olduğu barədə geniş yazılar yazmışıq. Bu yazıda isə məqsədmiz nardaranlıların işıq və qazdan məhrum edilməsinə  aydınlıq gətirməkdir.

117 illik borc

Təbii ki, Naradaran qarşı bu basqılar, əhaliyə məhrumiyyətlər yaşadılması, Naradarının küllü miqdarda işıq və qaz borcunun ortaya çıxması məlum əməliyyatın tərkib hissəsidir. Hökumət bu kəndi təcrid etmək, sakinlərdən qisas almaq və qorxu yaratmaq istəyir. Əks halda Hacı Talenin həbsindən öncə də kommunal xərclər gündəmə gələrdi, əhaliyə xəbərdarlıq edilərdi və.s  Amma hakimiyyətin mahiyyəti təkcə qadınların, uşaqların, ümumiyyətlə sadə vətəndaşın işıqdan, istilikdən məhrum edilməsi ilə müəyyən edilmir. Ortaya atılan statistik məlumatlara görə Nardaran əhalisinin 42 milyon işıq borcu var. Amma “contact.az”ın ortaya qoyduğu araşdırma da olduqca gülünc bir mənzərə alınır. Beləliklə, 2007-2015-ci illərdə nardaranlılar 8 mln. 532 min manat məbləğində elektrik enerjisi istehlak ediblər. 2007-ci ilədək Azərbaycanda elektrik enerjisi üç dəfə ucuz olub – 1 kVt-a görə 2 qəpik. O zaman Nardaranın payına ildə 306.900 manat düşüb. Nardaranlıların borc strukturundakı 42 mln. 267 min manatdan 2007-2015-ci illərin payına 8 mln. 532 manat, 2007-ci ilədək olan dövrün payınaÿ 33 mln. 735 min manat düşüb. Əgər 33 mln. 735 min manatı 306 ÿmin 900 manata (illik istehlak) bölsək belə alınır ki, nardaranlılar 2007-ci ilədək olan dövrdə 109 il ərzində işıq pulu ödəməyiblər.ÿVə son 8 ilin borcunu da buraya əlavə etsək ödənilməyən ümumi müddət 117 il edir.

Deməli, hökumətimizin hesablamalarına görə Nardaranlılar ötən əsrdən sayğac cığallığı edirmiş. Yəqin ki, vəziyyət bir az da dərinləşsə, Nardaran camaatının peyğəmbərin dövründən qalan borcları da üzə çıxacaq. Həqiqətən də belə bir hökumətin idarəetməsində yaşamaq adamın beyninin sayğacın  iflic edər.

Başqa suallar da verə bilərik. Niyə erməni kilsələrinə pulsuz qaz verildiyi halda, Nardaranda azyaşlı uşaqlar qazsız, işıqsız qalır? Ledi Qaqaya bir mahnıya görə 2 milyon hədiyyə edən hökumət, niyə bu məsələni də hansısa güzəştlərlə yoluna qoymur? Niyə, Dağıstanda, Fransada, Serbiyada 10 milyonları xərcləyib xeyriyyə tədbirləri keçirənlər, bu qışda Naradaran camaatına da eyni səxavəti göstərmir? Hər il “Gül bayramı”na 10 milyonlar xərcləyən hökumət, Naradaranı niyə bu qədər israrla soldurmaq istəyir?

Yığılan borc təkcə Nardaranlılara aiddir?

Gəlin, təsəvvür edək ki, hökumət haqlıdır. Həm borcun miqdarında, həm də işığın və qazın kəsilməsində. O zaman daha bir yekə sual meydana çıxır. Bu 42 milyonluq “tapıntı” təkcə Naradaran sakinlərinin sərf etdiyi enerjidən yaranıb? Axı Nardaranda iri məmurların dəbədəbəli villaları, məmurların istixanaları da var. Bəlkə, daha dəqiq araşdırma aparmaq və bu villaların payına düşən borcları da ayrıca hesablamaq lazımdır.

Biz bilirik ki, hökumətimizn səxavəti yalnız ölkə xarici üçün keçərlidir. Yəni, 0.01 faizlə krediti Belarusa vermək olar. Azərbaycan vətəndaşına 25-30 faizlə kredit verib, borc bataqlığına salmaq lazımdır. Yaxud, benzinin qiymətini Ukraynada, Gürcüstanda endirmək olar. Azərbaycan vətəndaşına baha satmaq lazımdır.

Bu mənada hökumətin Naradaranlılara uzun illər dözümlü yanaşması real görünmür. Uzaqbaşı 2 ay dözüm göstərilir və abonentlərin işığı, qazı kəsilir. Deməli, hətta Nardaranda böyük borc yığılıbsa, bunu məmurların Nardarandakı “töhfə”sində axtarmaq laızmdır. Əks halda yuxarıda da qeyd edildiyi kimi, Nardaranlılara orta əsrlərin borcun yükləmək utancvericidir, iyrəncdir və dövləti mafiya qaydaları ilə idarə etməkdir.

Bəs, deyirdiniz yoxsulluğun kökü kəsilib?

Nardaranlıların borc məsələsinə başqa bir aspektdən də  baxaq. Hökumətimiz uzun illərdi yoxsulluğun kökünün kəsilməsindən, əhalinin gəlirlərinin artmasından, sürətli inkişafdan, ölkədəki çiçəklənmədən dəm vurur. Biz də yazırıq ki, 2.5 milyon insanın kredit borcu ödədiyi, valyuta ehtiyatlarının azaldığı, 150-200 manat maaşın meydan suladığı ölkədə inkişafdan danışmaq olmaz. Amma hökumət Nardarana qarşı qisasçılıq əməliyyatını pərdələmək üçün ortaya atdığı “səbəb”lə bizim arqumentimizi daha da gücləndirdi. Yəni, hökumət göz düzəltdiyi yerdə qaşı da çıxardıb. Bu necə inkişafdır ki, vətəndaş adi işıq, qaz pulunu da ödəyə bilmir? Əgər Bakının kəndində vətəndaşlar zəruri ehtiyacları ödəməkdən acizdirsə, ümumi ölkənin vəziyyətini təsəvvür etmək çətin deyil. Nardaran sakinlərinin günlərdi işıqsız, qazsız qalması da onu gösətir ki, hakimiyyət yoxsulluğun yox, yoxsulların kökün kəsməklə məşğuldu. Erməni kilsəsinə göstərilən münasibətin 1-2 faizi öz vətəndaşımıza göstərilsəydi mənzərə tamam başqa olardı. Amma möhtərəm hökumətimiz məscid əhlini terrorçu kimi təqdim edib, kilsə əhlinə tolerantlıqdan danışır.

25 milyard xarici borcu kim ödəyəcək?

Tez-tez eşidirik ki, iri dövlət strukturlarının 10 milyonlarla vergi borcu yaranıb. Hansıki, bütün bu strukturlar mövsümdən asılı olmayaraq mənfəətlə işləyir. Görəsən, “AZAL”-dan tutmuş, “Azərsu”ya qədər vergi borcu olan strukturlar niyə cəzalandırılmır? Bəlkə, milyarderə çevrilmiş məmurlar bütün bu cah-calalı halal yolla qazanıblar?

Ən əsası bu gün ölkəmizin 25 milyard xarici borcu var. Yəni,  “inkişaf sevər” hökumətimiz gələcək nəsillərin çiyninə 25 milyardlıq borc yükləyib. Hansıki, bu borc öyündüyümüz dövlət büdcəsindən 10 milyard çoxdur.

Bəs, bunun məsuliyyətini kim daşıyacaq? Bəs, dövlətin gələcəyini təhdid edən, vətəndaşın cibindən çıxacaq bu borcları kim yaradıb? Uğurlu inkişaf, uğurlu iqtisadi siyasət budursa, 5 yaşlı uşaq da bu ölkəni idarə edə bilər.

Müxtəsər, əgər işıq və qaz puluna görə minlərlə ailə soyuqla, zülmətlə sınağa çəkilirsə, o zaman 25 milyardlıq borca görə hökumət də cavab versin. Təkcə cavab verməsin, həm də bu borcu ödəməyənə qədər fəaliyyətlərini dondursunlar. Əgər 42 milyona görə bir kəndə zülm edilirsə, 25 milyarda görə bir hökumət istefa verməlidir.

Və sonda

Məsələni hansı tərəfə fırlatsaq, hökumətin mövqeyi əriyir.  Çünki, yalan həqiqət qarşısında əriməyə məhkumdur. Istənilən bucaqdan baxanada, hökumətin tənqidçilərinə qarşı düşmən münasibəti, bir kənddən qisas alması və qorxu mühiti yaratması aydın görünür. Və bu soyuq günlərdə bir kəndi  zülmə salmağın da mütləq cavabı verilməlidir. Nardaranlıların nə qədər borcu olduğunu deyə bilmərik. Amma əminliklə deyə bilərik ki, hakimiyyət bu xalqa hədindən çox borcludur./azadlıq/

848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:48
Kanada telekanal